Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Qısaca desək ədəbiyyat bədii və ya intellektual dəyəri olduğu hesab olunan sənət forması və ya hər hansı sənət forması kimi istinad edilən yazı işidir.
Bəxtiyar Vahabzadənin ədəbiyyata və
Bəxtiyar Vahabzadənin ədəbiyyata və
ədəbi-tarixi
prosesə baxışı
prosesə baxışı
Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsində ədəbitənqidi yazıları xüsusi yer tutur. 60 illik yaradıcılığı boyu o, bədii əsərlərlə yanaşı, müntəzəm olaraq ədəbitarixi prosesin gedişatı ilə bağlı aktual məsələlərə diqqət yetirmiş, müxtəlif ədəbi nəsillərin görkəmli nümayəndələ nə və nisbətən daha az tanınan, habelə ədəbiyyata yenicə qədəm qoyan gənc yazarların yaradıcılığına daim maraq göstərmiş, mətbuatda məqalələr, müsahibələrlə çıxış etmişdir.
Təcrübə göstərir ki, görkəmli yazıçıların bir çoxu bu və ya digər dərəcədə peşəkar tənqidlə
məşğul olmuşlar. Bu həvəs onların özlərinin, necə deyərlər, bədii yaradıcılığın içində olmalarına görə ədəbi prosesə dair öz peşəkar görümləri ilə bölüşmək ehtiyacından doğmuşdur. Tənqidçi kimi çıxış edən məşhur yazıçılar oxucunu açıq söhbətə dəvət edirlər (şairin bir məqalələr toplusu elə belə
də adlanır: "Gəlin açıq danışaq". Bakı, 1988).
Şair hələ 50ci illərdən başlayaraq mətbuatda ədəbiyyata, xüsusən poeziyanın vəziyyəti ilə bağlı müzakirələrə dair öz fikirlərini bildirirdi. Məsələn, sənətkarlıq məsələlərinə lazımınca diqqət yetirilməməsi ilə bağlı müşahidələri ("Poeziyamızda sənətkarlıq məsələləri",1953), yaxud tənqidin meyarlarının çatışmazlıqlarına dair mövqelərini ("Hiss etmək, yaşamaq, duymaq",1954) açıqlayırdı. Eləcə də yazıçıların qurultaylarındakı çıxışlarında, məsələn,VIII qurultayında poeziyada ötəri mövzulardan daha qlobal ictimai problemlərə keçmək zərurətindən, poema janrına meylin azalmasının səbəblərindən,YB-də tərcümə şöbəsinin yaradılması lüzumundan və s. danışırdı.