Страницы

7.12.2020

CAHİL İNSANIN YANINDA KİTAB KİMİ SƏSSİZ OLUN

Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Qısaca desək ədəbiyyat bədii və ya intellektual dəyəri olduğu hesab olunan sənət forması və ya hər hansı sənət forması kimi istinad edilən yazı işidir.


Bəxtiyar Vahabzadənin ədəbiyyata və 
ədəbi-tarixi 
prosesə baxışı
Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsində ədəbitənqidi yazıları xüsusi yer tutur. 60 illik yaradıcılığı boyu o, bədii əsərlərlə yanaşımüntəzəm olaraq ədəbitarixi prosesin gedişatı ilə bağlı aktual məsələlərə diqqət yetirmişmüxtəlif ədəbi nəsillərin görkəmli nümayəndələ   nisbətən daha az tanınanhabelə ədəbiyyata yenicə qədəm qoyan gənc yazarların yaradıcılığına daim maraq göstərmişmətbuatda məqalələrmüsahibələrlə çıxış etmişdir.
 Təcrübə göstərir kigörkəmli yazıçıların bir çoxu bu  ya digər dərəcədə peşəkar tənqidlə 
məşğul olmuşlar. Bu həvəs onların özlərininnecə deyərlərbədii yaradıcılığın içində olmalarına görə ədəbi prosesə dair öz peşəkar görümləri ilə bölüşmək ehtiyacından doğmuşdur. Tənqidçi kimi çıxış edən məşhur yazıçılar oxucunu açıq söhbətə dəvət edirlər (şairin bir məqalələr toplusu elə belə 
 adlanır: "Gəlin açıq danışaq". Bakı, 1988).
 Şair hələ 50ci illərdən başlayaraq mətbuatda ədəbiyyataxüsusən poeziyanın vəziyyəti ilə bağlı müzakirələrə dair öz fikirlərini bildirirdi. Məsələnsənətkarlıq məsələlərinə lazımınca diqqət yetirilməməsi ilə bağlı müşahidələri ("Poeziyamızda sənətkarlıq məsələləri",1953)yaxud tənqidin meyarlarının çatışmazlıqlarına dair mövqelərini ("Hiss etməkyaşamaqduymaq",1954) açıqlayırdı. Eləcə  yazıçıların qurultaylarındakı çıxışlarındaməsələn,VIII qurultayında poeziyada ötəri mövzulardan daha qlobal ictimai problemlərə keçmək zərurətindənpoema janrına meylin azalmasının səbəblərindən,YB- tərcümə şöbəsinin yaradılması lüzumundan  s. danışırdı.